Code Avengers tədris mərkəzi 5-15 yaş aralığında olan uşaqlar üçün ONLAYN və ƏYANİ şəkildə STEAM (Science, Technology Engineering, Art, Math) metodu ilə müxtəlif bilikləri əyləncəli şəkildə öyrədərək onları rəqəmsallaşan dünyaya hazırlayır. Dərslər təcrübəli müəllimlər tərəfindən, hər yaş qrupuna uyğun hazırlanmış dərs proqramı ilə tədris edilir. Təlimlərin məqsədi şagirdlərdə alqotirmik düşüncənin əsasını qoymaqla yanaşı kreativlik, problem həll etmə, maşınların əməliyyat məntiqini başa düşmə, komanda ilə işləmə və həmçinin riyazi bacarıqları inkişaf etdirməkdir. Missiyamız uşaqlara gələcək həyatlarında sərbəst şəkildə öyrənməyi öyrətməkdir.
Bizi seçməyinizə səbəb olan özəlliklərimiz
Onlayn dərslərə qoşulmaqla şagirdlər yolda vaxt və enerji itirmir
Code Avengers tədris mərkəzi hər bir şagirdə individual yanaşmanı təmin edir
Şagirdlər sərbəst öyrənmək bacarığını inkişaf etdirir
Uşaqlarla öz işində təcrübəli, peşəkar müəllimlər işləyir
Hər yaş qrupunda olan şagirdlər üçün xüsusi tədris planı
Proqramlaşdırma dərsləri vasitəsilə uşaqlar sadə kodlaşdırma konsepsiyalarını öyrənib, öz animasiya və oyunlarını yaratmağa nail olurlar. Kiçik yaşlardan Code.org, Kodable, Scratch, Python proqramlaşdırma dilləri vasitəsilə kod yazmağı öyrənmək, şagirdlərdə 21-ci əsr üçün mühüm sayılan bacarıqlara yiyələnməyə imkan verir.
Proqramlaşdırma dərsləri şagirdlərə bir sıra üstünlüklər qazandırır:
Robototexnika gün keçdikcə inkişaf edir və gələcəyin texnologiyası olaraq qəbul edilməkdədir. Buna görə də uşaqlar erkən yaşlardan robototexnikaya cəlb edilməli və bu təlimlərin qazandırdığı bacarıqlardan faydalanmalıdırlar. Şagirdlər WeDo 2.0, Lego Mindstorms EV3 robotları ilə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın vəhdətində öz öyrənmə istəklərini reallaşdırırlar.
Robototexnika dərsləri şagirdlərə bir sıra üstünlüklər qazandırır:
Rəqəmsal incəsənət (3D modelləşdirmə) dərsləri uşaqlarda çərçivədən kənar düşünərək yenilikçi ideyaların meydana çıxmasını inkişaf etdirmək üçün ən effektiv tədris üsuludur. Şagirdlər bu dərslərdə Tinkercad proqramını istifadə edərək 3D modelləşdirməni öyrənib tətbiq edə, eyni zamanda müxtəlif maraqlı təcrübələr apararaq mühəndisliyin də incəsənət və texnologiya ilə qarşılıqlı əlaqəsini dərk edə bilirlər.
Rəqəmsal incəsənət dərsləri şagirdlərə bir sıra üstünlüklər qazandırır:
Bu dərsdə iştirak etməklə:
Onlayn dərsə qoşulmaq üçün evdə internet və kompüter(notbuk) olması kifayətdir.
Həm həftəiçi, həm də həftəsonu üçün cədvəl mövcuddur.
Dərslər azərbaycan, rus və ingilis dilində keçirilir.
Bəli.
Qiymətlər dərsin növünə və keçilən modullara görə dəyişir. Ətraflı məlumat almaq istəyirsinizsə bizimlə əlaqə saxlayın.